EN

Tünd şokolad qocalmanı yavaşlada bilər: Alimlər

Tədqiqatda sağlamlıq problemi olmayan 1500-dən çox insan iştirak edib.

QHT.az xəbər verir ki, yeni araşdırma göstərib ki, tünd şokoladın əsas komponenti olan teobromin bioloji yaşı azalda və potensial olaraq daha uzun ömür sürməyə kömək edə bilər. Tədqiqat 60 yaş ortalamasına malik 1669 iştirakçının sağlamlıq məlumatlarını analiz edib və qanında teobromin səviyyəsi yüksək olan insanların bioloji yaşının daha aşağı olduğunu müəyyənləşdirib. Bu təsirin yalnız yüksək kakao tərkibli şokoladlarda olan teobrominlə əlaqəli olduğu, şəkərli və az kakao tərkibli şokoladlarda isə effektin gözlənilmədiyi vurğulanır.

Teobromin ürək sağlamlığının yaxşılaşması, qan təzyiqinin azalması, yağ metabolizmasının güclənməsi və idrak funksiyasının dəstəklənməsi kimi əlavə faydalarla da əlaqələndirilir.

Alimlər nəticələrin maraqlı olduğunu bildirsələr də, hələlik tünd şokoladın çox miqdarda istehlakını tövsiyə etmir və bu təsirin digər kakao birləşmələri ilə qarşılıqlı əlaqəsinin də araşdırılmalı olduğunu qeyd edirlər.

 

R.İmanov

Chosen
14
qht.az

1Sources