EN

Çexiya Baş naziri: Ukraynaya yardım sülhə nail olmaq üçün aydın planla müşayiət olunmalıdır

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Ukraynaya göstərilən yardım bu ölkədə atəşkəsə və davamlı sülhə nail olmağın necə mümkün olacağını izah edən aydın planla birlikdə təqdim edilməlidir.APA "CTK" agentliyinə istinadən xəbər verir ki, bunu Brüsseldə səfərdə olan Çexiya Baş naziri Andrey Babiş bildirib.

“Ukraynaya yardım dəqiq şəkildə göstərməlidir ki, son atəşkəs və sülh hansı yolla əldə olunacaq”, - Babiş deyib.

Baş nazir əlavə edib ki, Çexiya hökuməti 16 dekabrda keçiriləcək iclasında Ukraynaya yardım məsələsini müzakirə edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
apa.az

2Sources