EN

"Neftçi"nin sabiq müdafiəçisi yenidən Rusiya klubunda

Bakı. Trend:

“Neftçi” klubunun sabiq müdafiəçisi Azər Əliyev yayda paytaxtklubundan ayrıldıqdan sonra yeni komandaya keçib.

Trend xəbər verir ki, 31yaşlı futbolçu Rusiya klubu “Yenisey”ə transfer olunub və oradacari mövsümün sonuna qədər müqavilə imzalayıb.

Xatırladaq ki, Əliyev 2022-ci ilin yanvarından “Neftçi”də çıxışedirdi, ondan əvvəl isə Rusiya klubları “Yenisey”, “KrılyaSovetov”, “Ufa” və “Tambov”da oynayıb.

Chosen
42
az.trend.az

1Sources