EN

Avroliqa: “Fənərbağça” və “Roma”dan darmadağın – ARENA.AZ

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün əsas mərhələsində 6-cı turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.

Türkiyənin “Fənərbağça” komandası səfərdə Norveç təmsilçisi “Brann”la qarşılaşıb və darmadağına sevinib.

“Roma” səfərdə “Seltik”lə üz-üzə gəlib. “Canavarlar” da bu oyundan darmadağınla ayrılıblar. “Betis” isə Zaqreb “Dinamo”sunun qonağı olub və inamlı qələbəyə sevinib.

Xatırladaq ki, Avroliqa çərçivəsində növbəti qarşılaşmalar gələn il yanvarın 22-də keçiiriləcək.

Avropa Liqası
Liqa mərhələsi, 6-cı tur
11 dekabr

Dinamo (Zaqreb, Xorvatiya) – Betis (İspaniya) 1:3
Ferentsvaroş (Macarıstan) – Reyncers (Şotlandiya) 2:1
Yanq Boys (İsveçrə) – Lill (Fransa) 1:0
Midtyulland (Danimarka) – Genk (Belçika) 1:0
Ludoqorets (Bolqarıstan) – PAOK (Yunanıstan) 3:3
Şturm (Avstriya) – Srvena Zvezda (Serbiya) 0:1
Nitsa (Fransa) – Braqa (Portuqaliya) 0:1
Ştutqart (Almaniya) – Makkabi (Təl-Əviv, İsrail) 4:1
Utrext (Niderland) – Nottingem Forest (İngiltərə) 1:2
Portu (Portuqaliya) – Malmö (İsveç) 2:1
Olimpik (Lion, Fransa) – Qo Ehed İqlz (Niderland) 2:1
Seltik (Şotlandiya) – Roma (İtaliya) 0:3
Bazel (İsveçrə) – Aston Villa (İngiltərə) 1:2
Frayburq (Almaniya) – Zalsburq (Avstriya) 1:0
Styaua (Rumıniya) – Feyenoord (Niderland) 4:3
Selta (İspaniya) – Bolonya (İtaliya) 1:2
Panatinaikos (Yunanıstan) – Viktoriya (Plzen, Çexiya) 0:0
Brann (Norveç) – Fənərbağça (Türkiyə) 0:4

Chosen
22
3
arena.az

10Sources