EN

“Samsunspor” Konfrans Liqasında AEK-ə uduzdu – ARENA.AZ

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edib.

“Samsunspor” Türkiyədə Yunanıstan AEK-i ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda samsunlular ilk də məğlubiyyətlə üzləşiblər.

“Fiorentina” isə evdə Kiyev “Dinamo”sunu sınağa çəkib. Bu görüşdə də qapılara 3 qol vurulub, amma qələbəni meydan sahibləri bayram ediblər.

Konfrans Liqasında Liqa mərhələsinin növbəti turunun oyunları dekabrın 19-da keçiriləcək.

Avropa Konfrans Liqası
Liqa mərhələsi, 5-ci tur
11 dekabr

Fiorentina (İtaliya) – Dinamo (Kiyev, Ukrayna) 2:1
Yagelloniya (Polşa) – Rayo Valyekano (İspaniya) 1:2
Drita (Kosovo) – Alkmar (Niderland) 0:3
Breydablik (İslandiya) – Şemrok Rovers (İrlandiya) 3:1
Samsunspor (Türkiyə) – AEK (Yunanıstan) 1:2
Şkendiya (Şimali Makedoniya) – Slovan (Slovakiya) 2:0
Hakken (İsveç) – AEK (Larnaka, Kipr) 1:1
Universitatya (Krayova, Rumıniya) – Sparta (Çexiya) 1:2
Noa (Ermənistan) – Legiya (Polşa) 2:1
Rapid (Avstriya) – Omoniya (Kipr) 0:1
Lex (Polşa) – Maynts (Almaniya) 1:1
Riyeka (Xorvatiya) – Çelye (Sloveniya) 3:0
Linkoln (Cəbəllütariq) – Siqma (Çexiya) 2:1
KuPS (Finlandiya) – Lozanna (İsveçrə) 0:0
Aberdin (Şotlandiya) – Strasburq (Fransa) 0:1
Rakuv (Polşa) – Zrinski (Bosniya və Herseqovina) 1:0
Hamrun (Malta) – Şaxtyor (Donetsk, Ukrayna) 0:2
Şelburn (İrlandiya) – Kristal Pelas (İngiltərə) 0:3

Chosen
21
3
arena.az

10Sources