EN

ABŞ Konqresinin Nümayəndələr Palatası Trampa impiçment cəhdini rədd edib

ABŞ Konqresinin Nümayəndələr Palatası Texasdan olan demokrat konqresmen El Qrinin Prezident Donald Trampa impiçment proseduru başlatmaq cəhdini rədd edib.

APA xəbər verir ki, səsvermə C-SPAN tərəfindən yayımlanıb.

Səsvermənin nəticələrinə əsasən, Trampın impiçmentinə dair 10 dekabrda təqdim olunan qətnamənin gündəliyə salınmasının əleyhinə 237 nəfər səs verib, 140 nəfər isə lehinə səs verib, 47 nəfər bitərəf qalıb. Beləliklə, sənəd müzakirəyə qəbul edilməyib.

Qrinin iddialarına görə, Tramp səlahiyyətlərindən sui-istifadə edir, “zorakılığı təşviq edir, nifrət yaradır, demokratik institutları sarsıdır və respublikanı dağıdır”.

Chosen
20
apa.az

1Sources