EN

ABŞ və Yaponiyadan ƏZƏLƏ NÜMAYİŞİ

Yaponiyanın Özünü Müdafiə Qüvvələri ABŞ Hərbi Hava Qüvvələri ilə birgə aviasiya təlimləri keçirib.

Publika.az xəbər verir ki, təlimlərdə iki ABŞ strategiya bombardmanıçı "B-52H Stratofortress" istifadə olunub.

Təlimlər Yapon dənizi üzərində baş tutub. Onların məqsədi müxtəlif əməliyyat tapşırıqlarını məşq etmək olub. Yapon tərəfdən təlimlərdə üç "F-35B" beşinci nəsil qırıcı və üç "F-15" qırıcı iştirak edib.

Qeyd edilib ki, təlimlər Yaponiyanın ətrafında təhlükəsizlik vəziyyətinin gərginləşməsi ilə əlaqədar keçirilib.

Chosen
10
12
publika.az

10Sources