EN

Heydər Əliyevin işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq



"Bu gün müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, uzaqgörən dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq".

Newscenter.az xəbər verir ki, bunları Gəncədəki Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev deyib. O bildirib ki, Heydər Əliyevin siyasi irsi, ölkəmizin inkişafı, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətlər Azərbaycan tarixində silinməz iz qoymuşdur:

"Onun müəyyənləşdirdiyi inkişaf yolu bu gün də ölkəmizin tərəqqisinə, gələcək məqsədlərinə doğru inamla irəliləməsinə əsas yaradır.

Ulu Öndərin işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq".

Süleyman
Chosen
41
newscenter.az

1Sources