EN

"Heydər Əliyevin dövlətçilik ideologiyası vətəndaş cəmiyyətinin möhkəm təməlini formalaşdırdı" - QHT sədri

“Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı QHT.az-a verdiyi açıqlamada onun formalaşdırdığı dövlətçilik ideologiyasının vətəndaş cəmiyyətinin inkişafında həlledici rol oynadığını bildirib.

Südabə Məmmədovanın sözlərinə görə, Heydər Əliyevin dövlətçilik ideologiyası Azərbaycanda vətəndaş inkişafının, sözün əsl mənasında, əsaslarını qoyub:

“Bu ideologiya müasir hüquqi və demokratik dövlət quruculuğunun bünövrəsini formalaşdırdı. Hüquqi dövlətin möhkəmləndirilməsi, qanunun aliliyi, insan hüquq və azadlıqlarının təmin edilməsi vətəndaş cəmiyyətinin inkişafında əsas istiqamətlər oldu. Ulu Öndər Heydər Əliyev QHT-lərin sərbəst, maneəsiz və müstəqil fəaliyyət göstərməsi üçün ciddi zəmanətlər yaradıb. Heydər Əliyevin siyasi kursu QHT-lərin azad fəaliyyətinə real imkanlar açmışdı. O dövrdə vətəndaş cəmiyyəti institutları öz sözünü daha açıq və rahat ifadə edə bilirdi. Fikir plüralizmi və müxtəlif baxışların ifadəsi üçün münbit şərait mövcud idi.”

Onun fikrincə, Ulu Öndərin həyata keçirdiyi siyasi xətt cəmiyyətdə fikir, söz və təşkilatlanma azadlığının genişlənməsinə təkan verib və bu da müxtəlif sahələr üzrə QHT-lərin yaranmasına və müstəqil fəaliyyət göstərməsinə zəmin yaradıb.

“Bu siyasi kurs vətəndaş cəmiyyətinin formalaşması üçün fundamental əsas rolunu oynadı və bu gün də öz aktuallığını qoruyur".

 

Pərvanə Fərhadqızı

Chosen
29
qht.az

1Sources