EN

“ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri ilə kömək etməyə hazırdır” - Donald Tramp

“ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri ilə kömək etməyə hazırdır. Çünki bu, sülh müqaviləsinin həyata keçirilməsi üçün zəruri amildir”.

Misiya.Az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə müsahibəsi zamanı deyib.

Ağ Ev rəhbəri hesab edir ki, mövcud sülh müqaviləsi Ukrayna Prezidenti Volodimir Zelenskini məmnun etmir.

"Düşünürdüm ki, Rusiya və Ukrayna ilə razılaşma əldə etmək üçün çox yaxınıq. Əslində, Zelenski istisna olmaqla, onun xalqı razılaşmanın konsepsiyasından çox məmnun idi", - deyə Tramp bildirib.

O qeyd edib ki, sənəd dörd və ya beş fərqli hissədən ibarətdir və proses əraziləri əhatə etdiyi üçün mürəkkəbdir.

Daşqın HəsənovMissiya.Az

Chosen
16
missiya.az

1Sources