EN

""Aşk-ı Memnu"ya daxil olmaq üçün çox sınanıldım" - Hazal

“Aşk-ı Memnu” serialının yayımlanmasından 15 il keçməsinə baxmayaraq, ekran işinə maraq azalmayıb. Serialda “Nihal Ziyagil” obrazını canlandıran aktrisa Hazal Kaya illər sonra layihə ilə bağlı bilinməyən bir faktı açıqlayıb.

"Unikal" xəbər verir ki, Hazal Kaya "YouTube"da Alican Elkorekin proqramına qonaq olaraq şəxsi həyatı və sağlamlıq məsələləri ilə bağlı səmimi etiraflar edib.

"Çox qəribə xəstəliklərim çıxırdı. Tez-tez huşumu itirirdim. Hipoglisemiyam və insulinim də var", - deyə o bildirib.

Kaya hazırda sağlam həyat tərzinə keçdiyini vurğulayıb:

"Aralıqsız oruc edirəm. Qlütensiz və şəkərsiz bir həyata başladım. Səhər ac qarına idman etməyə öyrəşmişəm. Yoqanı çox sevirəm. Mənim üçün əsas açar element xoşbəxtlikdir”.

Sonda isə o, karyerasında dönüş nöqtəsi olan “Aşk-ı Memnu”ya qəbul olunma prosesindən danışıb:

"Dönüm nöqtəm "Aşk-ı Memnu" oldu. Seriala girmək üçün tam 7 dəfə sınaq çəkilişi etdim". 

Chosen
75
1
unikal.az

10Sources