EN

Energetika naziri Vaşinqtonda Azərbaycan-ABŞ enerji tərəfdaşlığının inkişafında Ulu Öndərin rolundan danışıb (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov ABŞ-nin Corc VaşinqtonUniversitetində Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin “Anım Günü”nə həsr olunmuş tədbirdə çıxış edib.

Trend bu barədəEnergetika Nazirliyinə istinadən xəbər verir.

Nazir çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycanındövlətçilik tarixində misilsiz xidmətləri olmuş liderdir. ÜmummilliLiderin Birləşmiş Ştatlarla etibarlı və sabit tərəfdaşlıq yaratmağaxidmət edən səyləri nəticəsində enerji, təhlükəsizlik və iqtisadiəməkdaşlığın strateji çərçivəsinin formalaşdığı vurğulanıb. HeydərƏliyevin strateji düşüncəsinin məhsulu olaraq 1994-cü ildəimzalanmış “Əsrin müqaviləsi” Azərbaycan-ABŞ enerji tərəfdaşlığınınilk nailiyyəti, Xəzər dənizinin enerji resurslarının beynəlxalqbazarlara çıxarılması ilə bağlı bütün proseslərdə ABŞ-nin yaxındaniştirakının başlanğıcı kimi qiymətləndirilib.

“Ümummilli Liderin sözləri ilə desək, mənə elə gəlir ki, bunuilk dəfə Amerikada "Əsrin müqaviləsi" adlandırdılar. BirləşmişŞtatların dəstəyi olmasaydı, biz 1994-cü ildə ilk müqaviləni,Bakı-Ceyhan neft borusu haqqında sazişi imzalaya bilməzdik,” - deyənazir Ulu Öndərdən sitat gətirib.

“Əsrin müqaviləsi”nin ardınca Ağ Evdə hər iki ölkənin neftşirkətləri arasında dörd müqavilənin imzalanması, həmçinin ABŞ-nindəstəyi ilə Bakı- Supsa, Bakı-Tbilisi-Ceyhan Cənub Qaz Dəhlizilayihələrinin reallaşması enerji tərəfdaşlığımızın uğurlunümunələri kimi qeyd olunub.

Həmçinin vurğulanıb ki, Ümummilli Liderin irsinin layiqlidavamçısı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyev və ABŞ Prezidenti cənab Donald Trampın liderliyi ilə hazırdamünasibətlərimiz möhkəmlənir, enerji tərəfdaşlığımız isə yenistrateji mərhələyə qədəm qoyub.

Tədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiriXəzər İbrahim, ADA Universitetinin rektoru Hafiz Paşayev, millətvəkili, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçiqrupunun rəhbəri Səməd Seyidov da çıxış edib. Heydər ƏliyevFondunun təşəbbüsü ilə çəkilən “İz” filmi nümayiş olunub.

Energetika
Energetika
Energetika
Chosen
34
5
az.trend.az

6Sources