EN

Ağ Ev Tramp administrasiyası üçün rəsmi TikTok kanalı açdı- ÖZƏL

Ağ Ev ABŞ Prezidenti Donald Tramp administrasiyası üçün rəsmi TikTok hesabı yaradıldığını açıqlayıb. Olaylar.az xəbər verir ki, məlumat ilk olaraq Ağ Evin X platformasındakı paylaşımında yer alıb: "Bütün dövrlərin ən böyük administrasiyası artıq TikTok-da. Bütün ikonik anları bir yerdə görmək üçün abunə olun". Prezidentin TikTok kanalında artıq üç musiqili video yerləşdirilib. Videolarda Tramp administrasiyasının üzvlərinin fəaliyyəti və ABŞ-dan qeyri-qanuni miqrantların deportasiyası mövzuları əks olunub.
Xatırladaq ki, 25 sentyabrda Donald Tramp TikTok-un ABŞ-dakı fəaliyyətinin Amerika biznesinin nəzarətinə verilməsi ilə bağlı sazişi təsdiqləyən sərəncam imzalayıb. Sənədə əsasən, yeni şirkətdə əsas pay və idarəetmə ABŞ vətəndaşlarına məxsus olacaq. Çin şirkəti ByteDance-in payı 20 faizdən az olacaq, qalan hissə isə "müəyyən investorlar"a veriləcək. Şirkət ABŞ vətəndaşlarının məlumat təhlükəsizliyini təmin edəcək qaydalara uyğun fəaliyyət göstərəcək. Yeni şirkətin dəyərinin 14 milyard dollar olacağı bildirilir.
TikTok-un ABŞ-dakı fəaliyyətinin satılması və ya dayandırılmasını tələb edən qanun 2024-cü ildə keçmiş prezident Co Bayden tərəfindən imzalanmışdı. Tramp isə platformaya müsbət yanaşdığını, çünki TikTok istifadəçilərinin səslərinin prezident seçkilərində qələbəsində rol oynadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
olaylar.az

1Sources