EN

Bu şəxslərə vəzifə verildi

Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin, İsmayıl Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

KONKRET.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Ə.Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb, magistratura səviyyəsi üzrə təhsilini isə hazırda ADA Universitetində təlim və tədrisin təşkili və metodikası ixtisası üzrə davam etdirir.

O, əmək fəaliyyətinə 2017-ci ildə Bərdə rayon İ.Hümbətov adına Soğanverdilər kənd tam orta məktəbində ingilis dili müəllimi kimi başlayıb, həmçinin Ağdam rayon 93 saylı köçkün tam orta məktəb və Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. Ə.Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin İqtisadi Təhlükəsizlik Proqramında, İndiana Universitetinin Qlobal köçkünlük kontekstində müəllimləri dəstəkləyən layihəsində və müxtəlif illərdə İsveçrə və İordaniyada keçirilən təlimlərdə iştirak edib.

İsmayıl Məmmədov isə bakalavr təhsilini Bakı Dövlət Universitetində regionşünaslıq ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi (maliyyə) ixtisası üzrə alıb.

Müxtəlif illərdə bir neçə özəl şirkətdə və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışıb. O, son təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetində Karyera planlaşdırılması və inkişafı kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Chosen
51
2
konkret.az

10Sources