EN

Hüquqi dövlət olmadan vətəndaş cəmiyyəti mümkün deyil - Heydər Əliyev modeli/ AÇIQLAMA

Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov QHT.az-a verdiyi açıqlamada Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinin qurulmasında və vətəndaş cəmiyyətinin formalaşmasında əvəzsiz rol oynadığını bildirib.

Ramil Göyüşovun sözlərinə görə, Heydər Əliyev adı çəkiləndə qarşımıza müstəqil, bütöv və hüquqi Azərbaycan gəlir:

"Ulu Öndər Heydər Əliyev haqqında danışanda qarşımıza Azərbaycan gəlir, Bütöv Azərbaycan gəlir. O, müstəqil Azərbaycanın qurucusu və banisidir. Müstəqil Azərbaycanın hüquqi əsaslarının formalaşdırılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Konstitusiyamızın 30 illiyini qeyd edirik. Tarixə nəzər salsaq görərik ki, keçmiş MDB məkanında ilk Konstitusiyaya malik olan müstəqil dövlət Azərbaycan olub. Bu da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir.”

QHT sədrinin fikrincə, Heydər Əliyev deyəndə ilk növbədə hüquqi dövlət anlayışı yada düşür:

“Heydər Əliyev deyəndə biz hüquqi dövləti, Azərbaycanın ərazi bütövlüyünü düşünürük. Vətəndaş cəmiyyətinin inkişafı da məhz bu hüquqi dövlət prinsipindən qaynaqlanır. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlətçilik xətti bu gün də Azərbaycan vətəndaş cəmiyyətinin inkişafının əsas dayağı olaraq qalır".

Chosen
20
qht.az

1Sources