EN

Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan 6komanda müəyyənləşib

UEFA Avropa Liqasının əsas mərhələsinin VI turundan sonra turnirin pley-off mərhələsinə vəsiqəni təmin edən 6 komanda müəyyənləşib.

“İki sahil” xəbər verir ki, "Lion" (Fransa), "Midyullann" (Danimarka), "Aston Villa" (İngiltərə), "Betis" (İspaniya), "Frayburq" (Almaniya) və "Ferentsvaroş"un (Macarıstan) ilk "24-lük"də yer alacağı dəqiqləşib. Liqa mərhələsinin son iki turu 2026-cı ilin yanvarında keçiriləcək.

Əsas mərhələdə ilk 8 komanda birbaşa 1/8 finala, 9-24-cü yerləri tutan kollektivlər isə pley-offa adlayacaqlar.

Qeyd edək ki, Avropa Liqasının son qalibi İngiltərənin "Tottenhem" komandasıdır.

Chosen
11
2
ikisahil.az

3Sources