Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionatında finala yüksəlib.
Apasport.az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialın yarımfinalda Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən 19 yaşlı boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb.
O, finalda Edmond Xudoyanla (Rusiya) üz-üzə gələcək.
Həlledici görüş dekabrın 13-də olacaq.
Digər boksçularımızdan Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatında bürünc medala sahib olublar.
Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub
6 boksçumuz dünya çempionatının 1/4 finalına yüksəlib
Boksçularımız Dünya kubokunda 4 medal qazanıblar
Dünya çempionatında daha 3 boksçumuz qələbə qazanıb
Millimiz Avropa çempionatına 20 boksçu ilə qatılacaq