EN

Xəzər dənizindən keçən nəqliyyat arteriyaları iqtisadi əlaqələrin genişləndirilməsində yeni perspektivlər açır – Əli Əsədov

BAKI, TurkicWorld

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq iqtisadi, nəqliyyat və energetika daxil olmaqla geniş sahələri əhatə edir.

TurkicWorld-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Aşqabadda "Beynəlxalq sülh və etimad ili (2025)", Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunan beynəlxalq forumun plenar iclasında deyib.

Əli Əsədov vurğulayıb ki, Xəzər dənizi dövlətlərimizi birləşdirən və ölkələrimizin iqtisadi həyatında mühüm rol oynayan amildir:

"Xəzərin sülh, rifah, sabitlik və təhlükəsizlik zonası kimi qorunub saxlanılması ticarət-iqtisadi və mədəni əlaqələrin daha da genişlənməsinə, biznes və turizmin inkişafı üçün zəruri şəraitin yaradılmasına imkan yaradır".

Baş nazir qeyd edib ki, Xəzər dənizi üzərindən keçən vacib nəqliyyat arteriyaları region ölkələrinin maraqlarını əhatə edir və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni perspektivlər açır.

Chosen
4
3
turkic.world

6Sources