EN

Ağ Ev “TikTok” hesabı açdı

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tramp administrasiyası ABŞ Nazirlər Kabinetinin fəaliyyətinə həsr olunmuş yeni “TikTok” hesabı istifadəyə verib.

Yeniavaz.com xəbər verir ki, administrasiya artıq ABŞ Nazirlər Kabineti Ofisinin hesabının aktivləşdirildiyini təsdiqləyib. Hazırda orada üç video var.

Qeyd edək ki, daha əvvəl Tramp Çin Prezidenti Si Cinpinlə telefon danışığında ABŞ-nin Çinlə ticarət əməkdaşlığını inkişaf etdirmək istədiyini və “TikTok” ətrafındakı vəziyyəti həll etmək üçün ikitərəfli məsləhətləşmələri dəstəkləmək niyyətində olduğunu bildirmişdi.

Si Cinpin öz növbəsində Pekinin bu məsələ ilə bağlı mövqeyinin dəyişməz qaldığını vurğulamışdı: Çin şirkətlərin maraqlarına hörmətlə yanaşır və bazar prinsiplərinə əsaslanan danışıqları alqışlayır.

Xatırladaq ki, Tramp sentyabrın 25-də “TikTok”un ABŞ-yə birgə müəssisənin nəzarəti altında təhvil verilməsi ilə bağlı müqaviləni təsdiqləyib. İcra sərəncamına əsasən, sosial şəbəkə artıq ABŞ rəsmiləri tərəfindən idarə olunacaq və heç bir xarici rəqib tərəfindən idarə olunmayacaq. Çünki sosial şəbəkənin əvvəlki sahibi olan Çin şirkəti “ByteDance Ltd.” və onun filialları artıq onun səhmlərinin 20%-dən azına sahib olacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
yeniavaz.com

1Sources