EN

“Bu, anaların məzuniyyət hüququna təsir göstərməyəcək”

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Beynəlxalq Əmək Təşkilatının tövsiyələrinə uyğun olaraq Azərbaycanda məzuniyyət sisteminin dəyişdirilməsi nəzərdə tutulur. Bununla bağlı təkliflər artıq Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunub və birinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyə edildi. Bu dəyişikliklərdən biri də məhz atalara 14 günlük məzuniyyətin verilməsidir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov söyləyib.

Deputat qeyd edib ki, söhbət ödənişli məzuniyyətdən gedir: “Belə bir hüquq əksər inkişaf etmiş ölkələrdə var və bu, anaların məzuniyyət hüququna təsir göstərməyəcək. Yəni analar əvvəlki qaydalarla məzuniyyət götürmək hüququna malikdirlər və bu, davam etdiriləcək”.

V.Bayramovun sözlərinə görə, yeni qaydalar imkan verəcək ki, atalar bu məzuniyyətdən istifadə etməklə ödənişli şəkildə məzuniyyətə çıxa bilsinlər: “Bu da həm gender baxımından, həm də Azərbaycan qanunvericiliyinin beynəlxalq standarta uyğunlaşdırılması baxımından vacib addım hesab olunur”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
icma.az

1Sources