EN

Li Auto nun Azərbaycanda yeni satış mərkəzi açıldı

Marja.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çinin avtomobil istehsalçısı "Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi istifadəyə verilib. 

Marja xəbər verir ki, mərasim "Li Auto" şirkətinin Beynəlxalq Biznes üzrə vitse-prezidenti Wu Zuominin çıxışı ilə başlayıb, ardından "Efendiler Group" şirkətinin təsisçisi Ənvər Ənvərli öz fikirlərini bölüşüb.

Gecəyə xüsusi dinamika qatan isə respubilkanın xalq artisti Aygün Kazımovanın çıxışı olub. 

Təqdimatın sonunda "Li Mega" ilk dəfə yerli ictimaiyyətə gnümayiş etdirilib.

"Li Auto" brendinin Azərbaycanda yeganə rəsmi idxalçısı "Efendiler Group" şirkətidir. "Li Auto" Şəhər şourumu Aşıq Molla Cümə küçəsi 44B ünvanında, yeni satış mərkəzi isə Babək prospekti 37 ünvanında yerləşir. 

"Li Auto" modelləri Azərbaycanda çox bəyənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
marja.az

2Sources