"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo qış transfer pəncərəsində komandadan ayrıla bilər.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, futbolçuya bu ölkənin "Botafoqo" klubu maraq göstərir.
Məlumata əsasən, "Botafoqo"nun baş məşqçisi Davide Ançelotti (Braziliya millisinin çalışdırıcısı Karlo Ançelottinin oğlu) Bikalyonun oyun üslubunu bəyənib və heyətində görmək arzusunda olduğunu klub rəhbərliyinə bildirib.
Xatırladaq ki, Pedro Bikalyo "Qarabağ"la 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. O, Ağdam təmsilçisinə bu ilin yayında "Palmeyras"dan transfer olunub.