Yazını böyüt
Yazını kiçilt
Türkiyənin paytaxtı Ankara şəhərində müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Hafta.az xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, diplomatlar, hər iki ölkənin parlament üzvləri, müxtəlif qurum və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları dahi dövlət xadiminin Ankaradakı Heydər Əliyev parkında ucaldılan abidəsi önünə gül dəstələri qoyublar.