EN

Rusiya ilə münaqişəyə son qoymaq üçün yeni şərt

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sülh sazişinin bir hissəsi olaraq, Rusiya Ukraynanın yenidən qurulmasında iştirak etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixaylo Podolyak “Le Monde” qəzetinə verdiyi müsahibədə deyib.

“Bu, müharibənin bitməsinin zəruri elementidir. Əks halda, heç bir maneə olmayacaq”, – deyə o vurğulayıb.

Podolyak həmçinin bildirib ki, Kiyev Donbasda silahsızlaşdırılmış bufer zonası yaratmağa hazırdır: “Belə bir qərar mahiyyət etibarilə Avropa tərəfindən təsdiqlənmiş ərazi güzəştidir”.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
globalinfo.az

1Sources