EN

"Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin işində fəal iştiraka hazırdır" – Baş nazir


Azərbaycan Türkmənistanın BMT tərəfindən rəsmi şəkildə tanınan və dəstəklənən daimi neytrallıq siyasətini yüksək qiymətləndirir və dərin hörmətlə yanaşır.

Bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunan beynəlxalq forumun plenar iclasında deyib.

Baş nazirin sözlərinə görə, Türkmənistan bu kursu həyata keçirdiyi 30 il ərzində inamlı şəkildə sübut edib ki, neytrallıq yalnız xarici siyasət mövqeyi deyil, həm də sülhə, təhlükəsizliyə və davamlı inkişafa töhfə verən dəyişdirici bir qüvvə ola bilər.

“Azərbaycan neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəkləmiş və “Beynəlxalq sülh və etimad ili – 2025” qətnaməsinə həmmüəllif qismində qoşulub. Biz qardaş Türkmənistanın bu təşəbbüslərini qlobal sülh və təhlükəsizlik arxitekturasına mühüm töhfə kimi qiymətləndiririk.

Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirir və Universitetin işində fəal iştirak etməyə hazırlığını ifadə edir”, - deyə o vurğulayıb.

Ə.Əsədov xatırladıb ki, cari ilin iyun ayında Bakıda Türkmənistanın daimi neytrallığının 30 illiyinə və eyni zamanda “Beynəlxalq sülh və etimad ili”nə həsr olunan “Azərbaycan–Türkmənistan” beynəlxalq elmi-praktiki simpoziumu keçirilib.

Chosen
22
4
baki-xeber.com

10Sources