EN

“Qəbələ”nin legioneri: “Gözəl stadionları olan ölkədəyəm”

“Qəbələ”nin braziliyalı futbolçusu Eduardo Kunde ölkəsinin mətbuatına açıqlama verib.

Msport.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi 2025-ci ilin son matçlarında qələbə hədəflədiklərini deyib.

O, Misli Premyer Liqasının 13-cü turunda “Araz-Naxçıvan” üzərində qələbənin komandaya əlavə ruh yüksəkliyi verdiyini söyləyib: “İli yüksək notlarla başa vurmaq vacibdir. Buna görə də son iki qələbə özünəinamımızı artırmaqda böyük rol oynadı. Qış fasiləsindən əvvəl daha iki matçımız olacaq. Hər iki qarşılaşmada qələbə qazanmağı ümid edirik və komanda yoldaşlarıma kömək etmək üçün meydana qayıtmaq istəyirəm”.

Kunde Azərbaycan futbolunu da yüksək qiymətləndirib: “Məni Azərbaycanda ən çox təsirləndirən oyunçuların və komandaların keyfiyyəti oldu. Bundan əlavə, onlar çox taktiki üslubda oynayırlar. Gözəl stadionları olan yaxşı strukturlaşdırılmış bir ölkədəyəm. Şübhəsiz ki, bu, karyeramı daha da yüksəltmək üçün zəruri addımdır”.

Qeyd edək ki, “Qəbələ”yə mövsümün əvvəlində keçən Eduardo Kundenin müqavilə müddəti gələn ilin yayına qədərdir.

Chosen
19
msport.az

1Sources