EN

Ulu Öndər həmişə torpaqların azad olunacağına inanırdı Deputat

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Bu gün dünya azərbaycanlıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edir”.Bunu Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.O bildirib ki, Ulu Öndərin Azərbaycan tarixindəki misilsiz rol oynayıb:“Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində xalqı çətinliklərdən çıxaran lider olub. Ulu Öndər bütün həyatını Azərbaycanın rifahına həsr etmiş nadir şəxsiyyətdir. Sovet dövründə onun rəhbərliyi ilə Azərbaycan aqrar respublikadan inkişaf edən ölkəyə çevrilib. Bu illərdə 15 minə yaxın gənc ittifaq respublikalarının ali məktəblərinə göndərilib. Hər il təxminən 800 azərbaycanlı gənc xaricdə təhsil almağa yola salınıb. Heydər Əliyevin dövründə ali məktəblərin sayı 12-dən 17-yə yüksəlib.

Həmçinin 800 yeni orta məktəb inşa olunub”.Deputat vurğulayıb ki, bu gün Bakıda gördüyümüz bir çox abidə və heykəllər onun dövründə ucaldılıb:“Müstəqillik illərində isə Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas edib.Onun siyasi kursu Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Bu gün əldə etdiyimiz uğurların təməli Ulu Öndər tərəfindən qoyulub. Heydər Əliyevin ən böyük xidmətlərindən biri  İlham Əliyev kimi lider yetişdirməsidir. Ulu Öndər həmişə torpaqların azad olunacağına inanırdı.Müzəffər Ali Baş Komandan İlham Əliyev onun bu arzusunu reallığa çevirib.Prezident İlham Əliyev Azərbaycanı böyük uğurlara doğru uğurla aparıb. Ölkə bu gün regional gücə çevrilibsə, bu, Heydər Əliyevin qoyduğu təməlin nəticəsidir”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
demokrat.az

1Sources