EN

NATO-dan xəbərdarlıq: Ağır müharibəyə hazır olun!

"Babalarımızın, nənələrimizin yaşadığına bənzər bir müharibəyə hazır olmalıyıq".

Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Berlində Münhen Təhlükəsizlik Konfransı tərəfindən təşkil edilən paneldəki çıxışında deyib.

O, Alyansın Rusiyanın növbəti hədəfi olduğunu və bunun bir çox ölkə tərəfindən kifayət qədər ciddi qəbul edilmədiyini iddia edib.

Ruttenin sözlərinə görə, Rusiya növbəti beş il ərzində bir ittifaq ölkəsinə hücum edə bilər. Bəzi Qərb kəşfiyyat orqanları da Rusiyanın belə bir məqsədi olduğunu qeyd edir.

Chosen
11
publika.az

1Sources