EN

"Azərişıq" abonentindən smart sayğacda səbəbsiz yaranan borcdan şikayət

Oruc İbrahimli adlı vətəndaş “Azərişıq” ASC ilə bağlı narazılığını sosial şəbəkədə paylaşıb.

Paytaxt.org 32gun.az - a istinadla xəbər verir ki, O bildirib ki, smart kart tipli elektrik sayğacından istifadə edir və sistemdə gözlənilməz şəkildə 2 manatlıq borc yaranıb.

Şikayətçi bildirir ki, smart sayğaclarda kredit limiti maksimum 1 AZN olduğu halda, kartında 2 AZN borcun yaranması anlaşılmazdır:

 “Mən kredit götürməmişəm, götürsəm belə düz gəlmir. Kredit limiti 1 AZN-dir, amma kartımda 2 AZN borc göstərilir. Bu necə mümkündür? Xahiş edirəm məsələ ilə bağlı aydınlıq gətirilsin”.

O. İbrahimli paylaşımının daha çox insan tərəfindən görülməsi üçün istifadəçilərə dəstək olmağı xahiş edib.

Bildirək ki, “Azərişıq” ASC-yə isə Vüqar Əhmədov rəhbərlik edir.


 

Chosen
69
paytaxt.org

1Sources