EN

Metrodan istifadə edənlərin sayı 2 faizə yaxın azaldı

Azərbaycanda metro nəqliyyatı xidmətlərindən istifadə edən sərnişinlərin sayı 1,8 faiz azalaraq 205 milyon nəfər olub.

Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında metrodan 205 milyon 015,5 min sərnişin istifadə edib.

Hesabat dövründə metroda sərnişin dövriyyəsi isə 2 milyon 414,3 min km təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə metroda sərnişin dövriyyəsi 2 milyon 464 min km idi.

Chosen
13
2
avtosfer.az

3Sources