Bakı. Trend:
ABŞ-nin Miqrasiya və Gömrük Nəzarəti Xidməti (ICE) Minnesotaştatında qanunsuz miqrasiyaya qarşı keçirilən irimiqyaslıəməliyyatda 400-dən çox qanunsuz mühaciri saxlayıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Əməliyyat daha çox Somalidən olan mühacirlərin kompakt yaşadığıvə dünyanın ən böyük Somali diasporunun yerləşdiyi Sent-Poldahəyata keçirilib. Reyddə ICE əməkdaşları ilə yanaşı digərqurumların əməliyyatçıları da iştirak edir.
ICE rəsmisi Markos Çarlz yerli telekanala verdiyi açıqlamadaictimaiyyəti əmin edib ki, əməliyyat sırf somalililərə yönəlməyib,məqsəd sadəcə həmin rayonda qanunsuz yaşayan mühacirləriaşkarlayaraq saxlamaqdır.
Onun sözlərinə görə, əməliyyatın gedişini çətinləşdirən əsasamil, hava şəraitinin əlverişsiz olmasıdır. Belə ki, temperatur çoxaşağı olduğundan qanunsuz miqrantlar evlərini demək olar ki, tərketmirlər.