EN

“Ağıllı parkinq” sistemi maşını SUYA SÜRDÜ – VİDEO

Çində “ağıllı parkinq” sistemi elektrokarı suya sürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat yayıb.

Çində “ağıllı parkinq” sistemi elektrokarı az qala su hövzəsində batıracaqdı. Məlumata görə, sistem hündürlük fərqini və ya uçurumu tanımadığı üçün hərəkəti birbaşa suya doğru davam etdirib.

Avtomobil sahibi funksiyanın təhlükəli olduğunu iddia edərək kompensasiya tələb edir.

Lakin istehsalçı təlimatında qeyd olunub ki, avtoparkinqi işə salmazdan əvvəl sürücü şəxsən yolun üzərində heç bir təhlükənin olmadığına əmin olmalıdır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
15
interpress.az

1Sources