EN

“Donbasda Rusiya qoşunları olmaya bilər…” –Putinin köməkçisi

Donbasda Rusiya qoşunları olmaya bilər.

AzPost bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov” Kommersant” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bunun əvəzinə, Rusiya Milli Qvardiyasının bölmələri və polis qüvvələri ora yerləşdirilə bilər.

“Orada nə Rusiya, nə də Ukrayna qoşunlarının olmayacağı tamamilə mümkündür. Bəli, amma Rusiya Milli Qvardiyası, bizim polisimiz və asayişi qorumaq və həyatı təşkil etmək üçün lazım olan hər şey olacaq”.

Uşakovun açıqlaması Vladimir Zelenskinin 11 dekabrda Ukrayna ordusunun Donbasdan çıxarılması ilə bağlı referendum keçirilməsinin zəruriliyi barədə danışmasından sonra verilib. Uşakov cavab olaraq Donbasın Rusiya ərazisi olduğunu vurğulayıb.

“Ora bizim administrasiyalarımızın nəzarəti altında olacaq. Danışıqlar yolu ilə olmasa, ordu bu ərazini Rusiyanın tam nəzarəti altına keçirəcək. Atəşkəs yalnız Ukrayna qoşunlarının çıxarılmasından sonra baş verə bilər”, – deyə siyasətçi yekunlaşdırıb.

AzPost.az

Chosen
16
1
azpost.info

2Sources