EN

"Heydər Əliyevin siyasi kursu vətəndaş cəmiyyətinin formalaşmasının əsasını qoyub" - QHT sədri

Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyinin sədri İradə Nəsirova QHT.az-a verdiyi açıqlamada Ümummilli Liderin milli dövlətçiliyin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynadığını bildirib.

İradə Nəsirovanın sözlərinə görə, Heydər Əliyev Azərbaycan milli dövlətçiliyinin möhkəmlənməsi istiqamətində mühüm və tarixi işlər görüb. O qeyd edib ki, vətəndaş cəmiyyətinin formalaşması və inkişafı Ulu Öndərin yürütdüyü daxili siyasi kursun əsas göstəricilərindən biridir:

"Azərbaycanın dövlət maraqlarının qorunması,  cəmiyyətin inkşafı, vətəndaş hüquqlarının qorunması bu kursun başlıca prinsipləri sayıla bilər. Odur ki,  vətəndaş cəmiyyəti nümayəndələrinə Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, milli maraqların hər şeydən üstün tutmaq məsuliyyəti Onun ictimai-siyasi mirasıdır.

Bu gün dərin hörmətlə anırıq!"

Chosen
17
qht.az

1Sources