EN

“Nə qədər Azərbaycan var, Heydər Əliyev də var olacaq!”

ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər Azərbaycan var, Heydər Əliyev də var olacaq!” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatortiyasının rektoru Kamilə Dadaş-zadə, Bakı Biznes Universtetinin rektoru İbad Abbasov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə şurasının sədri Fərhad Qaraşov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov çıxış ediblər.

Əvvəlcə tədbir iştirakçıları YAP Yasamal rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib ki, Ulu Öndər Heydər Əliyev həm tarixi yaradan, həm də tarixi şəxsiyyətdir. Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli Liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə ölkəmizi nəinki tənəzzüldən, hətta dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtararaq inkişaf yoluna çıxarmış, Ümummilli Lider zirvəsinə yüksəlmişdir. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın öz Liderinin arxasınca gedərək vahid amal uğrunda - milli məqsədlər naminə səfərbər olması həlledici siyasi-ideoloji faktor kimi ölkəmizin gələcəyini müəyyən etmişdir. 1993-2003-cü illər Ulu Öndər Heydər Əliyevin imzası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılıb: “Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərpa edib, Cənubi Qafqazın lider dövlətinə çevrilib.

Sonra Azərbaycan Respublikasının Xalq artistləri Məleykə Əsədova və İlqar Muradovun ifasında bədii hissə təqdim olunub.

Tədbirib sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
1
sesqazeti.az

10Sources