EN

İsrail məktəblərində smartfonu qadağan edəcəklər

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

2026-cı ilin fevral ayının 2-dən etibarən İsraildəki məktəblərdə - xüsusən də ibtidai siniflərdə smartfon istifadəsi qadağan ediləcək.

Reyting.az xəbər verir ki, bunu İsrailin Təhsil naziri Yoav Kiş deyib.

Onun sözlərinə görə, şagirdlər telefonlardan yalnız müəllimlərin icazə verdiyi xüsusi dərslərdə istifadə edə biləcəklər.

Məlum olub ki, əslində, bu qadağanın əsas məqsədi təhsilin səviyyəsini yüksəltmək və şagirdlərin sosial-emosional bacarıqlarını inkişaf etdirmək, həmçinin dərsə diqqətin artmasını təmin etmək və sosial şəbəkələrdən asılılığın azaltmaqdır.

Təhsil nazirinin bu təşəbbüsünü valideyn komitələri, şagird şuraları və müəllim birlikləri tərəfindən dəstəklənib.

İsrail təhsilindəki yeni qaydaların tətbiqi və xüsusi maarifləndirmə proqramları həm də valideynlərlə müəllimlər, həmçinin orta məktəb şagirdləri ilə dialoqlarla müşayiət olunacaq.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
reyting.az

1Sources