ain.az, Avtosfer saytına istinadən bildirir.
Son illÉ™r bank sektorunda rÉ™qÉ™msallaÅŸma sürÉ™tlÉ™ irÉ™lilÉ™yir. Texnologiyanın inkiÅŸafı nÉ™ticÉ™sindÉ™ vÉ™tÉ™ndaÅŸlar artıq filiallara getmÉ™dÉ™n, olduÄŸları yerdÉ™n müəyyÉ™n tÉ™tbiqlÉ™r vasitÉ™silÉ™ bir neçə kliklÉ™ kart sifariÅŸ edÉ™, É™mÉ™liyyat aparıb xidmÉ™tlÉ™rdÉ™n yararlana bilirlÉ™r. Bu yeniliklÉ™r müştÉ™rilÉ™rin iÅŸini xeyli asanlaÅŸdırsa da, bÉ™zÉ™n sistem xÉ™taları vÉ™ gecikmÉ™lÉ™r müəyyÉ™n problemlÉ™rÉ™ yol açır.Â
Avtosfer.az xəbər verir ki, belə hadisələrdən biri də vətəndaş və ABB (Azərbaycan Beynəlxalq Bankı) arasında olub. Belə ki, ABB banka müraciət edən vətəndaş AZAL Miles kartı sifariş verib. Sifariş zamanı kartın dəyəri müştəri hesabından çıxılıb. Lakin bundan sonra prosesdə gözlənilməz problemlər yaranıb. Müştərinin iddiasına görə, ödənişdən təxminən bir həftə keçməsinə baxmayaraq kartın sifariş statusu sistemdə görünməyib və heç bir irəliləyiş qeydə alınmayıb.
Vətəndaş məsələ ilə bağlı bankın müştəri xidməti ilə dəfələrlə əlaqə saxladığını bildirib. Lakin ona xidmət tərəfindən hər dəfə eyni məzmunlu cavablar verilib. Ödənişin sistemdə göründüyü, sorğunun yönləndirildiyi və hazırda texniki xəta səbəbindən prosesin tamamlanmadığı qeyd olunub.
Mövcud vəziyyətə əsasən, nə kartın təqdim olunması, nə də çıxılan vəsaitin geri qaytarılması təmin edilib. Bu hal xidmətin icrası və müştərinin məlumatlandırılması baxımından qeyri-müəyyənlik yaratdığı kimi, prosesin hansı mərhələdə dayandığına dair də şəffaflıq təmin etmir.
Məsələ ilə bağlı ABB bankla əlaqə saxlamağa çalışsaq da cavab verən olmadı.
Nurcan Babək
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.