EN

Sərxoş qadın taksi sürücüsünü döyüb maşını QAÇIRDI – FOTO

Sərxoş qadın taksi sürücüsünü döyüb maşını qaçırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Yakutiya bölgəsində sərxoş qadın sərnişin taksi sürücüsünü döyərək avtomobilini qaçırıb və qəza törədib. Münaqişə sərnişinin yolda pivə içmək istəməsi səbəbindən yaranıb.

Sürücü buna etiraz edərək polis çağırmaq istəyərkən, 27 yaşlı qadın sükan arxasına keçərək hadisə yerindən uzaqlaşıb. Lakin qadın idarəetməni itirərək maşını aşırıb.

Qəza nəticəsində o, ciddi xəsarət almayıb, yalnız dırnağı qırılıb.

Saxlanılarkən polis əməkdaşlarına da hücum çəkən qadına polisə müqavimətə görə cərimə yazılıb, avtomobil oğurluğuna görə isə onu real həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
32
interpress.az

1Sources