EN

Alimlər Günəş partlamaları ilə bağlı yeni məlumat yaydı

Günəş aktivliyi azalmağa davam edir, lakin güclü alovlanma riski qalır.

Publika.az xəbər verir ki, bu barədə 12 dekabrda Rusiyanın Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Alimlərin fikrincə, Günəş aktivliyinin pik həddi 8-10 dekabr tarixlərində baş verib və həmin gün təxminən 70 alovlanma qeydə alınıb ki, bunlardan 15-i M-sinifli və biri yüksək səviyyəli X alovlanma olub. Son 24 saat ərzində bu cür hadisələrin sayı xeyli azalıb.

Günəş aktivliyinin azalmasına baxmayaraq, mütəxəssislər güclü alovlanma ehtimalını istisna etmirlər. İlin ən böyük günəş ləkəsi kompleksinin ulduzun səthində əmələ gəldiyi və çox güclü alovlanmalara səbəb ola biləcəyi bildirilir.

Alimlərin fikrincə, günəş emissiyaları, böyük məsafələrə baxmayaraq, Mars və Yupiterə çata bilər.

Chosen
45
publika.az

1Sources