EN

Morata uzun müddətə sıradan çıxdı

“Komo”da çıxış edən Alvaro Moratanın adı zədə xəbərləri ilə gündəmə gəlib.

Msport.az xəbər verir ki, ispaniyalı hücumçunun sol budun daxili əzələsində ağır dərəcəli zədə aşkarlanıb.

Morata adduktor əzələsindəki ciddi zədə səbəbindən uzunmüddətli fasilə verməli olacaq. Tibbi heyətin rəyinə görə, futbolçu yalnız martda yenidən meydana qayıda biləcək.

Bu zədə “Komo”nun hücum xətti üçün ciddi itki sayılır. Klubun yaxın aylardakı planlarında Moratanın yoxluğu əsas problemlərdən biri olacaq. Təcrübəli futbolçunun reabilitasiya prosesinə artıq start verildiyi bildirilir.

Chosen
11
2
msport.az

3Sources