EN

Yolun ortasında qəfil dayanan “BYD” qəza riskinə səbəb oldu REAL VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı-Sumqayıt yolunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 10-da saat 22:10 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, hərəkətdə olan “BYD” markalı avtomobil yolun ortasında qəfil dayandığı üçün qəza riski yaranıb. Xoşbəxtlikdən görüntünü qeydə alan digər sürücü vaxtında sola manevr edərək baş verəcək ağır qəzanın qarşısını alıb.

Sürücünün məlumatına görə, digər zolaqda hərəkətdə olan “Chevrolet” markalı avtomobilun sürücüsü yağışlı havada yüksək sürətlə hərəkət edərək su sıçradıb və bu səbəbdən “BYD” sürücüsü  qəfil dayanıb.

Masazırda dar küçəni zəbt edib günlərlə “yoxa çıxdı” - 77-AF-924 - VİDEO

Qeyd edək ki, sürücülər anidən dayanmaqla digər nəqliyyat vasitələri üçün təhlükə yaratmamalıdır. Yağışlı havada məsuliyyətli sürət seçmək, təhlükəli manevrlərdən çəkinmək və digər sürücüləri gözləmək qəza riskini əhəmiyyətli dərəcədə azaldır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
77
avtosfer.az

1Sources