EN

Ukrayna müdafiə qüvvələri Rusiya ordusunu mühasirəyə alıb

Ukrayna ordusu Xarkov vilayətində yerləşən Kupyansk şəhərinə aparan bütün yolları tamamilə bağlayaraq şəhərdə olan Rusiya ordusunun hissələrini mühasirəyə alıb.

Moderator.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ “RBK-Ukraina” mÉ™lumat yayıb.

Ukrayna ordusunun komandanlığın məlumatına görə, müdafiə qüvvələri Rusiya ordusunun Kupyanskda olan bölmələrini blokadaya alıb və şəhərin bütün şimal-qərb kənarını təmizləyib.

Bundan əlavə, şəhər yaxınlığındakı Kondraşovka və Radkovka kəndləri və onların ətrafı azad edilib.

Bildirilir ki, mühasirəni yarmaq cəhdləri dəf edilir.

Chosen
10
8
moderator.az

9Sources