EN

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub- FOTO - YENİLƏNİB - VİDEO

Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Həsənriz kəndinə 16 ailə (74 nəfər) nəfər köçürülüb. Sakinlərə evlərinin açarları təqdim olunub.

Təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Çıxış edənlər doğma yurda qayıdan sakinləri təbrik ediblər, yaşayış məntəqələrində yaradılmış şəraitlə bağlı ətraflı məlumatlar verilib.

Sonra mənzillərin açarları təqdim olunub.

***
13.22

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Həsənriz kəndinə 16 ailə (74 nəfər) nəfər köçürülür.

Qeyd edək ki, Həsənriz kəndinə köçənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Növbəti Növbəti Növbəti
Chosen
22
2
apa.az

10Sources