Bakı. Trend:
Azərbaycan Amerika Birləşmiş Ştatları (ABŞ) şirkəti ilə süniintellekt sahəsində imkanlarının genişləndirilməsini müzakirəedib.
Trend xəbərverir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev "X" hesabında paylaşım edib.
“ABŞ-yə səfər çərçivəsində “AMD” şirkətinin baş vitse-prezidentiDevid Vanq ilə görüş keçirdik. Görüşdə Azərbaycanın süni intellektsahəsində imkanlarının genişləndirilməsi və regional rəqəmsalmərkəzə çevrilməsi perspektivlərini müzakirə etdik. Həmçinin “AMD”ilə birgə süni intellekt mərkəzləri, tədqiqat və təhsiltəşəbbüsləri, eləcə də uzunmüddətli strateji əməkdaşlıq və birgəinvestisiya imkanları barədə fikir mübadiləsi apardıq”, -paylaşımda qeyd edilib.