EN

Müəllimlərin NƏZƏRİNƏ: Yeni kartlar paylanacaq

“Təhsil işçiləri üçün "TəhsilPlus" kartları artıq sifariş edilib”.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Təhsil TV-nin qonağı olarkən səsləndirib.

O qeyd edib ki, yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq.

Rəsul Həşimov həmçinin bildirib ki, kartlar regionlarda fəaliyyət göstərən təhsil işçilərinə də eyni vaxtda veriləcək.

Bizim.Media

Chosen
35
2
bizim.media

10Sources