EN

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

 

“Bu dünyaya gələn hər bir adam bu dünyadan gedəcək. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz qoyur.”
                                                                                     Ulu Öndər Heydər Əliyev

 

Masallıda Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü anılıb.
Dekabrın 12-də səhər saatlarından etibarən Masallı şəhər Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ehtiramla yad edilərək abidə önünə tər gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, digər rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “İz” adlı sənədli film nümayiş olunub. Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Ulu Öndərin müasir Azərbaycan tarixində qoyduğu izi əks etdirən ekran əsəri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Masallı şəhər “İmam Hüseyn” məscidində isə anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb. Mərasimdə Ümummilli Liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğulların xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

 

Akif AĞAYEV

Chosen
39
qht.az

1Sources