Xalq artisti Röya Ayxan qonaq olduğu verilişlərin birində ona ünvanlanmış suala məəttəl qalıb.
Publika.az xəbər verir ki, izləyicilərdən birinin "Hər 2-3 aydan bir ev alır" sözləri sənətçini təəccübləndirib. Gənc izləyici bu məlumatı onun makler dostundan aldığını bildirib.
Bununla bağlı verilən sual qarşısında təəccüblənən Röya iddianı qismən təsdiqləyərək maraqlı etiraf edib:
"Düz deyir, ev almaq hobbimdir. Özümə görə deyil, oğlum var, onun üçün investisiya kimi düşünürəm", - deyə müğənni qeyd edib.