"Facebook-da mənə bir izləyici tərəfindən yazılan məlumatı sizinlə bölüşmək istəyirəm. O, mədəniyyət sahəsində baş verən haqsızlıqların pərdəarxasında kimlərin dayandığı ilə bağlı ciddi iddialar səsləndirib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında paylaşan əməkdar artist Mehriban Xanlarova qeyd etdiyi mənbəyə istinadən olduqca ilginc faktları təqdim edib.Əməkdar artist daha sonra bildirir: "Dediyinə görə, bu proseslərin koordinasiyasında Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Fərəh Əliyevanın mədəniyyət üzrə kuratoru Sahil Hacıyev xüsusi rol oynayır.İzləyicinin verdiyi məlumata əsasən, Sahil Hacıyev Gültəkin Hacıbəylinin doğma əmisi oğludur. O, əvvəlcə keçmiş rektor Abel Məhərrəmovun köməkçisi olub və daha sonra Fərəh Əliyevanın şəxsi xahişi ilə şöbəyə gətirilib. İddialara görə, bu gün mədəniyyət sahəsində müşahidə olunan bir çox haqsızlıqlar məhz onun koordinasiyası ilə həyata keçirilir.Əgər deyilənlər doğru çıxarsa, haqlı olaraq sual yaranır: Necə olur ki, cənab Prezidentə açıq şəkildə müxalif mövqedə olan bir şəxsin yaxın qohumu bu qədər mühüm və həssas vəzifəyə gətirilir? Bu təyinatın arxasında kim dayanır?İnsan düşünməyə bilməz: Görəsən, bu proses Ramiz Mehdiyevin köhnə “kadr şəbəkəsi”nin təsiri iləmi baş tutub? Axı Fərəh Əliyeva kimi strukturu dərindən bilən, hər addımını ölçüb-biçən biri bu qədər açıq bir “səhvi” necə edə bilər?Bu əlaqələr, səsləndirilən iddialar və təyinatın arxa planı mütləq şəkildə aidiyyəti dövlət orqanları tərəfindən araşdırılmalıdır. Bu, həm dövlət idarəçiliyində şəffaflığın təmin olunması, həm də mədəniyyət sahəsinə qarşı yönəlmiş haqsızlıqların kökündə dayanan mexanizmlərin üzə çıxarılması üçün zəruridir..."