EN

Vinisiusa ultimatum verildi

İspaniyanın “Real Madrid” klubu Vinisius Juniorun gələcəyi ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyub.

İdman.Biz “De Real” jurnalına istinadla xəbər verir ki, Madrid təmsilçisi braziliyalı ulduzla müqavilə məsələsində geri addım atmaq niyyətində deyil.

“Real Madrid” Vinisiusa və onun agentlərinə bildirib ki, müqavilənin uzadılması ilə bağlı yeni təklif olmayacaq. Klub futbolçuya iki variant təqdim edib: ya hazırkı şərtlərlə müqaviləni imzalamaq, ya da 2026-cı ilin yayında satışa çıxarılmaq.

Mənbənin yazdığına əsasən, rəhbərlik Vinisiusun müqaviləsinin pulsuz başa çatmasının qarşısını almaq istəyir və bu səbəbdən vaxtında qərar verməyə məcburdur. Əks halda, “kral klubu” futbolçunu sərbəst agent kimi itirməmək üçün transfer addımı atacaq.

Qeyd edək ki, Vinisius Junior son illərdə “Real Madrid”in əsas fiqurlarından biri hesab olunur və onun gələcəyi klubun uzunmüddətli strategiyasında mühüm yer tutur.

İdman.Biz

Məqalədə:
Chosen
18
idman.biz

1Sources