EN

Konstitusiya Məhkəməsinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin anım günündəKonstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın məsuləməkdaşları Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevinməzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar, əzizxatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatagörə, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim,akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinəgül dəstələri düzülüb.

Bildirib ki, daha sonra Konstitusiya Məhkəməsində ÜmummilliLider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.Tədbirdə sədr Fərhad Abdullayev bildirib ki, Azərbaycan dövlətçiliktarixində müstəsna xidmətləri olan dahi rəhbər öz müdrik siyasəti,dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilikideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətininqurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nailolmuşdur.

Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlüfəaliyyəti sayəsində müstəqil və suveren Azərbaycanın daxili vəxarici siyasəti, respublikamızın dinamik inkişafı, beynəlxalqarenada sarsılmaz mövqeyi və böyük nüfuzu Ulu Öndər Heydər Əliyevinsiyasi irsinin davamıdır.

Tədbirdə Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun“Heydər Əliyev və Azərbaycan ədliyyəsi” kitabının təqdimatı olub.Kitabda dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu, dövlətçilikfəlsəfəsi və Azərbaycan tarixində həlledici rolu sistemli şəkildətəhlil edilir.

Əsərdə Heydər Əliyevin rəhbərliyinin müxtəlif mərhələləri əhatəolunmaqla onun müasir dövlətçilik quruculuğuna verdiyi töhfələr,ədliyyə siyasəti və məhkəmə sistemi sahəsində həyata keçirdiyiislahatlar geniş şəkildə işıqlandırılır. Həmçinin, Ümummili Liderinsiyasi varisliyi konsepsiyası, Prezident İlham Əliyevin demoktarik,hüquqi və dünyəvi dövlət quruculuğunda əldə etdiyi nailiyyətlər,eyni zamanda 2023-cü ilin “Heydər Əliyev İli” çərçivəsində görülənmühüm işlər analitik baxımdan təqdim edilir. Kitabın ana xəttindəUlu Öndərin zəngin irsinin öyrənilməsi, qiymətləndirilməsi vəgələcək nəsillər üçün əhəmiyyəti haqqında elmi əsaslandırılmışnəticələri öz əksini tapır.

Konstitusiya
Chosen
28
6
az.trend.az

9Sources